Son sutkanın yoluxma statistikası
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 121 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 826 683 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 291 nəfər müalicə olunaraq sağalıb, 10 013 nəfər vəfat edib, aktiv xəstə sayı 379 nəfərdir.
Ölkədə son sutka ərzində 2 794, hazırkı dövrədək isə 7 439 300 test aparılıb.
Gün ərzində koronavirus əleyhinə 1242 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 976, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 103, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 116, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 47 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 933 917, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 397 866, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 831, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 513, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 707 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay