34 nəfər yoluxdu, vaksin vurulmadı
Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 95 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Valyuta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 826 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 149 nəfər müalicə olunaraq sağalıb, hazırda 339 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 965, bu günə qədər isə ümumilikdə 7 434 660 test icra olunub.
Gün ərzində koronavirus əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 932 279, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 396 565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 710, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 357, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 647 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay