Son sutkada neçə nəfər yoluxub?
Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 826 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 961 nəfər müalicə olunaraq sağalıb, hazırda 477 aktiv xəstə var. Bu günə qədər 10 008 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 598, bu günə qədər isə ümumilikdə 7 432 722 test icra olunub.
Gün ərzində əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 932 279, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 396 565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 710, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 357, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 647 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay