Son sutkada neçə nəfər yoluxub?
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 129 yeni yoluxma faktı qeydə alınıb, 90 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 825 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 034 nəfər müalicə olunaraq sağalıb, hazırda 623 aktiv xəstə var. Bu günə qədər 9 999 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 7073, bu günə qədər isə ümumilikdə 7 412 931 test icra olunub.
Gün ərzində koronavirus əleyhinə 294 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 90, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 131, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 22 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 928 470, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 394 799, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 099, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 394 127, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 445 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay