Son sutkada neçə nəfər yoluxub?
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 825 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 879 nəfər müalicə olunaraq sağalıb, 9 993 nəfər vəfat edib, aktiv xəstə sayı 548 nəfərdir.
Ölkədə son sutka ərzində 622, hazırkı dövrədək isə 7 407 971 test aparılıb.
Gün ərzində koronavirus əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 927 861, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 394 615, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 997, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 393 861, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 388 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay