Yoluxma statistikası açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 72 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 825 409 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 869 nəfər müalicə olunaraq sağalıb, hazırda 547 aktiv xəstə var. Bu günə qədər 9 993 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 864, bu günə qədər isə ümumilikdə 7 407 349 test icra olunub.
Gün rəzində koronavirus əleyhinə 235 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 62, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 104, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 27 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 927 861, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 394 615, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 997, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 393 861, pozitiv nəticədən sonra buster doza olunanların sayı 264 388 təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay