BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
25674

Araşdırmalara görə, Covid-19 pandemiyası uşaqlarda miopiyanı artırıb. Türk Oftalmologiya Dərnəyi uzaq görmə pozuqluğu olan miyopinin dünyada yeni bir epidemiya olaraq təyin olunduğunu və xüsusilə uşaqlarda sürətlə artdığını bildirərək, "görmə itkisi" ilə bağlı xəbərdarlıq edib.

Türkiyə Oftalmologiya Dərnəyi yeni epidemiyanın "miyopiya" olduğunu bildirərək erkən diaqnozla nəzarət altına alınmazsa, tor qişanın yırtılmasına qədər görmə itkisinə səbəb olacağını açıqlayıb.

Pandemik vəziyyət mioplar üçün nə kimi təhlükə daşıyır?

Həkim oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, miopiya, yəni yaxından görmə refraksiya qüsuru olan uşaqlar (mənfi sferik linzalı eynək daşıyıcıları) adətən eynəklərini yalnızca uzağa baxmaq üçün istifadə etməlidirlər, lakin eynəklər yüksək görmə təmin etdiyi üçün mioplar demək olar ki, onları heç çıxarmırlar: “Həm yaxın, həm orta, həm də uzaq məsafə üçün istifadə edirlər. 

Amerika optometrik assosasiyasının 2020 ci il iyun ayında verdiyi məlumata görə, bu sualla əlaqədar araşdırma aparılıb.

Müəyyən olunub ki, miop uşaqlar  digər həmyaşıdları ilə müqayisədə hər gün iki dəfə artıq smartfonlardan istifadə edirlər. Araşdırmalar gösrərib ki, normal görməsi olan uşaq hər gün təxminən 614 МB göstəricilə 4 ½ saat telefonla vaxt keçirir, mioplar isə təxmini 1131 МB göstəricilə 5 saat telefonla vaxt keçirirlər. Bu nəticələrə istinadən, rəqəmsal texnikanın refraksiya anomaliyalarına təsiri şübhəsi yaranır. Belə ki, son 40 il ərzində ABŞ-da miopların sayı 25%-dən 42%-dək artdığı məlumatı verilir (Cənubi Kaliforniyada 2018-ci ildə 60 800 uşaq üzərində aparılan araşdırma 59%-in 17-19 yaşlıların miop olduğunu göstərib). Bu rəqəmlərin yaxın 30 il ərzində bütün dünyada 52%-ə çatmaq riski Dublin Universiteti (İrlandiya) tərəfindən ehtimal olunur. Acınacaqlı vəziyyətdən, gələcəkdən narahatlıq keçirən mütəxəssislər müxtəlif yaş qruplarında refraksiya müayinəsi icra etmək şərtilə araşdırma aparıblar. Belə qənaətə gəliblər ki, mioplar smartfonlarla nəinki daha çox vaxt sərf edirlər, hətta gözlərində rəqəmsal cihaz istifadə etdikdən sonra quruluq (67%), yorğunluq-gərginlik (29%) hissi  yarandığını qeyd edirlər”. 

“İştirakçılarda miopiyanın məhz smartfon istifadəsi nəticəsində yaranması iddiaları da qeyd olunub. Hazırkı vaxtda demək olar ki, 95% uşaqlarda smartfon var və onların yarısı həmişə onlayn olduqlarını təsdiq edirlər. Ekspertlər uzun müddət yaxın məsafədə smartfon istifadəsi miopiyanın inkişaf riskini artırır qənaətinə gəliblər. Bu tip araşdırmalarla smartfonların miopiyanın inkişafında səbəbi aşkar və təsdiq olunmasa da, rəqəmsal cihazların miopiyanın inkişafına təsiri olduğu bildirilir.

Uşaqların həyat tərzi dəyişilib, rəqəmsal cihazlar artıq tədrisin ayrılmaz hissəsidir. Smartfonlardan, yaxud rəqəmsal cihazdan oxumaq ənənəvi oxumaqdan vaxt, gözdən aralılıq məsafəsi, ölçü, kontrast, işıq spektrı baxımından fərqlənir”. 

A.Əliyeva qeyd edib ki, "görmə gigiyenası"na riayət olunmadığı halda, uzun müddət və yaxın məsafədə smartfon istifadəsi miopiyanın artmasına səbəb ola bilər: "Açıq havada, yaşıllıqda daha çox vaxt keçirmək, aktiv həyat tərzi, idmanla məşğul olmaq hər şagirdə, xüsusilə mioplara tövsiyə olunur. Covid-19 pandemiyası ilə əlaqədar distant tədris, karantin rejimi, tələbləri pozub və dəyişdirib.  Beləliklə, qeyd olunan araşdırmaların nəticələrinə əsasən, pandemiya dövründə miopiya inkişafı və ya proqressivləşməsi riski yüksək ola bilər. Buna görə, valideynlər və gənclər diqqətli olmalı, imkan daxilində qaydalara maksimal riayət etməyə çalışmalıdırlar”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Nvidia"daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

Azərbaycanda gələn il dövlət investisiya hesabına 169 yeni layihə maliyyələşdiriləcək

Fərdi sahibkar FHN-nin yarım milyonluq tenderinin qalibi seçilib

Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Prezident Gövhər Baxşəliyeva ilə bağlı sərəncam imzaladı

​“Banklarda əmanətlərin məbləği tarixi rekord göstəricidir”

Hesablama Palatası: Büdcənin cari və əsaslı xərcləri optimallaşdırılmalıdır

Nazir: 2026-2028-ci illərdə neftin bir barelinin qiymətinin 65 dollar olacağı proqnozlaşdırılır

Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb

Sabah yağış yağacaq, şimşək çaxacaq

Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - DETALLAR

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bu ölkəyə satdığımız neftdən gəlirimiz 400 milyon dollara yaxın artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin