Son sutkada 62 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 62 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 824 574 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 298 nəfər müalicə olunaraq sağalıb, hazırda 292 aktiv xəstə var. Bu günə qədər 9 984 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 662, bu günə qədər isə ümumilikdə 7 385 915 test icra olunub.
Gün ərzində koronavirus əleyhinə 307 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 77, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 136, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 34 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 924 396, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 406, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 541, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 392 360, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 089 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay