13 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 824 512 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 261 nəfər müalicə olunaraq sağalıb, hazırda 268 aktiv xəstə var. Bu günə qədər 9 983 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 878, bu günə qədər isə ümumilikdə 7 383 253 test icra olunub.
Ötən gün koronavirus əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 924 089, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 393 329, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 481, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 392 224, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 055 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay