Yoluxanların sayı açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 48 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 824 385 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 814 148 nəfər müalicə olunaraq sağalıb, hazırda 256 aktiv xəstə var. Bu günə qədər 9 981 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 840, bu günə qədər isə ümumilikdə 7 377 282 test icra olunub.
Gün ərzində koronavirus əleyhinə 406 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 91, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 83, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 191, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 41 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 922 762, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 935, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 045, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 796, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 986 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay