Son sutkanın yoluxma statistikası
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 21 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 823 975 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 753 nəfər müalicə olunaraq sağalıb, hazırda 249 aktiv xəstə var. Bu günə qədər 9 973 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 975, bu günə qədər isə ümumilikdə 7 358 931 test icra olunub.
Ötən gün koronavirus əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 918 769, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 868, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 216, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 390 055, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 630 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay