Yoluxma sayı açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 40 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 823 889 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 669 nəfər müalicə olunaraq sağalıb, hazırda 251 aktiv xəstə var. Bu günə qədər 9 969 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 571, bu günə qədər isə ümumilikdə 7 353 252 test icra olunub.
Ötən gündə sutkada koronavirus əleyhinə 349 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 105, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 68, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 140, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 36 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 917 878, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 665, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 987, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 389 668, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 558 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay