Səhiyyə
13.11.2022 / 14:02
Sumqayıtda 40 manata sağlamlıq haqqında arayış... (FOTO)
25166
“4 Saylı Sumqayıt Şəhər Xəstəxanasında açıq bazar gedir”.
Bu sözləri Yeniavaz.com-a müraciət edən şəhər sakini deyib. O bildirib ki, tibbi xidmətlərin, həmçinin müvafiq sənədlərin verilməsi üçün “müəyyən olunmuş qiymətlər” vərəqlərə yazılaraq xəstəxananın divarlarına vurulub.
O, sözügedən vəziyyətin əks olunduğu fotonu redaksiyamıza təqdim edib.
Xəstəxananın dəhlizində lentə alınmış fotoda, həmin vərəqlərdən birində sağlamlıq haqqında arayışın verilməsinin “ödənişli xidmətlər”ə daxil olduğu yazılıb və bu xidmətin 40 manat olduğu qeyd edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay