Son sutkanın yoluxma statistikası
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 46 yeni yoluxma faktı qeydə alınıb, 61 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 822 954 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 662 nəfər müalicə olunaraq sağalıb, hazırda 355 aktiv xəstə var. Bu günə qədər 9 937 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 886, bu günə qədər isə ümumilikdə 7 305 712 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 545 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 225, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 94, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 186, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 40 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 907 098 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 388 608, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 717, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 385 037, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 736 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay