Son sutkanın yoluxma statistikası
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 61 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Valyuta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb.
Azərbaycanda indiyədək ümumilikdə 822 599 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 228 nəfər müalicə olunaraq sağalıb, 9 932 nəfər vəfat edib, aktiv xəstə sayı 439 nəfərdir.
Ölkədə son sutka ərzində 2 332, hazırkı dövrədək isə 7 289 143 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 606 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 148, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 201, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 228, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 29 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 902 789, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 387 156, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 869 884, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 383 273, pozitiv nəticədən sonra buster doza olunanların sayı 262 476 təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay