Pensiyaya çıxmaq sağlamlıq üçün hansı problemlər yaradır?
Pensiyaya çıxdıqdan sonra fiziki aktivliyin azalması səbəbindən insanlar müxtəlif xəstəliklərə tutulma riski ilə üzləşirlər.
Bu qənaətə Finlandiyanın Turku Universitetinin alimləri gəlib.
Alimlər pensiyaya çıxmazdan əvvəl həftə ərzində və ondan bir il sonra 24 saat biləyinə akselerometr (müvafiq təcili ölçən qurğudur-red.) taxan 515 insan üzərində araşdırma aparıblar. Məlum olub ki, təqaüdçülər gündə orta hesabla 36 dəqiqə çox yatıb, pensiyaya çıxana qədər bir saat daha az idmanla məşğul olublar.
Alimlərin sözlərinə görə, bu cür vərdişlər ürək xəstəlikləri, demansiya və yüksək qan təzyiqi kimi bir çox sağlamlıq problemi ilə bağlıdırr.
Tədqiqatçılar pensiyaya çıxan insanları fiziki fəaliyyət həcmini artırmaq üçün səy göstərməyə çağırırlar.//Lent.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay