BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
24574
Xəbər verdiyimiz kimi, Türkiyənin Adnan Menderes Universitetinin dosenti Mücahit Avcil Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunub. Türkiyəli mütəxəssis ötən gün kollektivə təqdim edilib. Lakin yeni təyinat sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 
 
Həkimin adının Türkiyə mətbuatında neqativ xəbərlərdə hallanması və qalmaqallı şəkildə istefa verməsi müzakirələrə səbəb olub. 
 
Jurnalist İlhamə Qasımlı sosial şəbəkə hesabında həkimlə bağlı neqativ halların olduğunu əks etdirən xeyli məqaləyə rast gəldiyini yazıb: "M. Avcilin bu ilin martında Uşak Dövlet xəstəxanasının baş həkimliyindən qalmaqallı şəkildə istefa verməsi ilə bağlı yazılar oxudum. Mücahit Hoca 2020-ci ildə bu xəstəxanaya baş həkim təyin olunandan sonra "Uşakda vətəndaşların xəstəxana ilə bağlı şikayətlərin artdığı, xüsusən də bəzi poliklinikalarda həkim olmadığı, hətta ultrasəs müayinələrinə randevünün 5 ay sonraya verildiyindən" bəhs edilir. Çoxsaylı şikayətlərdən sonra o, vəzifəsindən istefa verməyə məcbur olub”.
 
Həqiqətən də, Türkiyə mətbuatında yeni direktorun keçmiş fəaliyyətindən narazılığı əks etdirən xeyli məqaləyə rast gəlinir. Məsələn,  mətbuatda o zaman baş həkim vəzifəsində olan M. Avcilin AK partidən olan millət vəkilinin qarşısında təzim etməsi ilə də tənqid hədəfi olub. 
 
 
Həmçinin "Cumhuriyet”in yazdığına görə 2016-cı ildə Uşak Tədris və Araşdırma Xəstəxanası rəhbərliyinə gəlməsindən sonra həkimlərin bir qismi işdən çıxıb, bəzi işçilərlə müqavilə yenilənmədiyinə görə xəstəxananın işində axsama yaranıb. 
 
"Sözcü” qəzetində isə M. Avcilin baş həkim olduğu dövrdə bir ildir əhalinin xəstəxanadan şikayətlərinin həddən artıq artdığı qeyd olunur. Xüsusən poliklinika şöbəsində həkimlərin tapılmadığı vurğulanır. 
 
Ölkəsində ciddi tənqid hədəfi olan və qalmaqallı şəkildə işdən ayrılan həkimin Azərbaycandakı fəaliyyəti narahatlıq doğurur. 
 
Məsələ ilə bağlı ATU-nun Tədris Cərrahiyyə Klinikasına sorğu ünvanlanıb.
 
Qeyd edək ki, Tədris Cərrahiyyə Klinikası 2013-cü ildən fəaliyyət göstərir. Sonuncu təyinata qədər tibb müəssisəsinə professor Surxay Hadıyev rəhbərlik edib.
 
Mənbə: Qafqazinfo.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

"Apple" 15 cihazın istehsal və satışını dayandırdı - SİYAHI

Azərbaycanda gələn il dövlət investisiya hesabına 169 yeni layihə maliyyələşdiriləcək

Fərdi sahibkar FHN-nin yarım milyonluq tenderinin qalibi seçilib

Nazirlərin dekabr ayında keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin