Son sutkanın yoluxma statistikası
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 67 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 822 171 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 701 nəfər müalicə olunaraq sağalıb, hazırda 543 aktiv xəstə var. Bu günə qədər 9 927 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 780, bu günə qədər isə ümumilikdə 7 273 091 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 723 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 204, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 237, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 234, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 48 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 898 187 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 385 461, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 868 893, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 381 650, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 183 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay