Son sutkanın yoluxma statistikası
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 72 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 821 937 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 379 nəfər müalicə olunaraq sağalıb, hazırda 631 aktiv xəstə var. Bu günə qədər 9 927 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 848, bu günə qədər isə ümumilikdə 7 266 943 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 856 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 341, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 162, üç və daha çox doza vaksin vurduranların sayı 301 pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 52 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 895 899, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 384 745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 868 317, üç və daha çox doza vaksin vurduranların sayı 3 380 801, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 036 təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay