Son sutkada 35 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 820 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 673 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 282 aktiv xəstə var. Bu günə qədər 9 903 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 973, bu günə qədər isə ümumilikdə 7 238 737 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə vaksin vurulmayıb. Bir gündə heç bir mərhələ üzrə vaksin vurulmayıb.
Vurulan vaksinlərin ümumi sayı 13 886 579, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 380 579, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 866 941, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 377 614, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 261 445 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay