Son sutkanın yoluxma statistikası
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 508 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 818 634 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 806 701 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 060 aktiv xəstə var. Bu günə qədər 9 873 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 664, bu günə qədər isə ümumilikdə 7 203 417 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 1 613 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 567, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 202, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 711, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 133 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 877 095, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 378 186, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 865 380, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 372 838, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 691 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay