Azərbaycanlı onkoloq Almaniyanın nüfuzlu xəstəxanasında çalışmağa başladı (FOTO)
Azərbaycanlı onkoloq Almaniyada çalışmağa başlayıb.
Valyuta.az xəbər verir ki, Almaniya Azərbaycanlıları Alyansının İdarə heyətinin sədri, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, azərbaycanlı onkoloq Nərmin Talıbova bu ölkənin Ulm Universitet Xəstəxanasında fəaliyyət göstərəcək. Ulm xəstəxanası Almaniyada nüfuzlu onkologiya mərkəzi kimi tanınır.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin məzunu olan Nərmin Talıbova Milli Onkologiya Mərkəzində "onkologiya” ixtisası üzrə rezidentura təhsili alıb.
Amerika Klinik Onkologiya Cəmiyyətinin ”Beynəlxalq İnkişaf və Təhsil” mükafatını və Avropa Onkologiya Məktəbinin təşkil etdiyi "Süd vəzi xərçəngi üzrə sertifikasiya” proqramının qrantını qazanıb. ABŞ, Almaniya və Türkiyə xəstəxanalarında təcrübə mübadiləsi keçib, Almaniya, Avstriya və Portuqaliyada keçirilən seminarlarda iştirak edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay