Son sutkanın yoluxma statistikası
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 492 yeni yoluxma faktı qeydə alınıb, 556 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 6 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 816 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 802 951 nəfər müalicə olunaraq sağalıb, 9831 nəfər vəfat edib, aktiv xəstə sayı 3 305 nəfərdir.
Ölkədə son sutka ərzində 4487, hazırkı dövrədək isə 7 176 524 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 1 544 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 375, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 231, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 803, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 135 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 866 887, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 375 279, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864 035, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 367 780, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 259 793 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay