Səhiyyə
31.08.2022 / 15:03
Tarif Şurası 48 dərman vasitəsinin qiymətini təsdiqləyib
23837
Tarif (qiymət) Şurasının 31 avqust tarixində keçirilən növbəti iclasında yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti də təsdiq edilib.
Bu barədə Valyuta.Az-a Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib.
Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, indiyədək qiymətləri təsdiq edilmiş dərman vasitələrinin sayı 13347 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay