BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
23577

Azərbaycanda sentyabrın 1-dən xüsusi karantin rejiminin müddəti bitir. Rəsmi dairələrin karantin müddətini uzadıb-uzatmayacağı bəlli deyil.

Əslində son vaxtlar payıza doğru epidemik vəziyyətin gərginləşəcəyi, yoluxma və ölümlərin sayının artacağı, bir sözlə karantinlə bağlı bir sıra məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı arda-arda proqnozlar verilir.

Bu isə ondan xəbər verir ki, gigiyenik normaların məcburi tətbiqi saxlanılmaqla, sərtləşməyə gediləcək, maska tələbi yenidən qüvvəyə minəcək, quru sərhədlər isə hələ bir neçə ay açılmayacaq.

Bəs tibbi nöqteyi-nəzərdən bizi nə gözləyir?

Tanınmış həkim-radioloq Aydın Əliyev "bizim.media"ya mövzu ilə bağlı bildirib ki, ölkəmizdəki real epidemik vəziyyətə görə hazırda karantin müddətinin uzadılmasına, yeni karantin qaydalarının tətbiqinə və ya sərtləşməsinə, eləcə də hər hansı bir cərimələrin tətbiqinə ehtiyac yoxdur:

"Tibbi epidemik və pandemik baxımından quru sərhədlərin də bağlı qalmasına ehtiyac yoxdur. Bilirsiz ki, hər gün rəsmi rəqəmlər göstərilir ki, yoluxma və ya ölüm sayı artıb. Amma dəfələrlə qeyd etmişik ki, yoluxmanın artmasının heç bir önəmi yoxdur.

Yoluxma gündə 20 min də olsa, bunun bir təhlükəsi yoxdur. Çünki xəstəlik 99 faiz yüngül keçirilir, ölüm törətmə qabiliyyəti isə sıfıra enib.

Lakin istisna halları ola bilər ki, bu da təkcə koronavirusda deyil, adi qripdə, suçiçəyində və ya qızılcada da ola bilər.

İstisna hallarına görə ümumi halda karantini sərtləşməyə və ya yeni qadağalar tətbiq etməyə gərək yoxdur.

Bu yaxınlarda TƏBİB-in nümayəndəsi, Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov açıqlama verdi ki, payızda yoluxma artsa, karantin sərtləşəcək. Akif müəllim kifayət qədər savadlı professordur. Mən ondan belə bir açıqlamanı gözləmirdim. Çünki verdikləri açıqlama elmin qanunauyğunluğuna ziddir”.

Aydın Əliyev son günlər müzakirəyə çevrilən 4-cü doz vaksinin məcburi tətbiqi məsələsinə də münasibət bildirib.

O, deyib ki, ümumiyyətlə 4-cü doz peyvəndin vurulmasına ehtiyac yoxdur: "Deyirlər ki, bəlkə karantin qaydaları sərtləşdirildi. O zaman insanları niyə incidirdiz.

Peyvəndin bir xeyri olmayacaqdısa, insanlara hər hansı bir cərimə yazılacaqdısa, vaksinin nə mənası vardı? Əgər peyvənd olunmuşuqsa, karantinə nə lüzum var? Həqiqətən də peyvəndin qoruyucu təsiri və ölkədə kollektiv immunitet var. 3 milyon civarında insan yoluxub sağalıb, 5 milyon insan isə 3 doza peyvəndlənib.

Bizim üçün bu virusun bir təhlükəsi yoxdur. Ona görə də artıq 4-cü doza da ehtiyac qalmır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin