Azərbaycanda yeni xəstəlik yayılıb - Həkim səbəbini açıqladı
Son vaxtlar uşaqlar və böyüklər arasında qusma, yüksək hərarət və halsızlıqla müşahidə olunan xəstəlik yayılıb. Və insanların çoxu həyəcanlıdır ki, bu xəstəlik müalicəyə, baxmayaraq çox uzun müddət sonra keçir. Onu da qeyd edək ki, xəstəlik demək olar ki, Respublikanın əksər rayonlarında yayılıb.
Xəstəliklə bağlı Lent.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev bildirib ki, bu xəstəlik yay fəsli üçün xarakterikdir:
“Son vaxtlar uşaqlar arasında yüksək hərarət, halsızlıq, qusma bəzən ishalla müşahidə olunan viral infeksiyalarla qarşılaşırıq. Yaz- yay aylarında, havaların isti keçməsi ilə əlaqədar demək olar ki, hər il bu vəziyyət yaranır. Əksər hallarda isə simptomatik müalicə ilə keçir gedir”.
Ekspertin sözlərinə görə, son zaman belə şikayətlə artıb:
“Virus infeksiyaları demək olar ki, 5-7 gün ərzində sağalır. Hazırda poliklinaya müraciət edənlərin təxmini 30-40 faizi bu şikayətlərlə gəlirlər. Valideynlərə tövsiyyəmiz odur ki, gigiyenik qaydalara riayət etsinlər. Elə bir şikayətləri olarsa da, həkimə müraciət etsinlər”.
Pediatr Qoşqar İsmayılov isə qeyd edir ki, bu virus uşaqlar dənizəvə hovuza getdikdən sonra yaranır:
“Valideynlər uşaqlarını dənizə, hovuza aparır və ondan bir neçə gün sonra bu şikayətlər başlayır. Buna səbəb “Rotavirus”lardır. Bu viruslar sudan və yaxud da xəstə insanla kontaktdan, öpərkən uşaqdan valideynə, valideyndən də uşağa keçə bilər. Çox zaman buna görə də ailəvi xəstələnirlər. Mütləq şəkildə bu şikayətlər varsa, vaxtında həkimə müraciət etmək lazımdır. Çünki bədən su itirərək susuzlaşma halını yaradır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay