Səhiyyə
22.07.2022 / 12:40
Azərbaycanda hər il 4 adda yeni dərman preparatı istehsal olunacaq
23143
Azərbaycanda hər il 4 adda yeni dərman preparatı istehsal olunacaq.
Valyuta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.
Sənəddə qeyd olunub ki, hazırda ölkədə 33 adda dərman preparatı istehsal olunur.
Eyni zamanda ölkədə dərman və tibbi preparatlar istehsalının təşkilinə dəstək verilməsi, onların keyfiyyətinin yoxlanılması və müvafiq qeydiyyat sənədinin təqdim olunması üçün göstəriş verilib.
Əsas icraçı qurum Səhiyyə Nazirliyi, digər icraçı isə İqtisadiyyat Nazirliyidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay