Karantin cəriməsi olan vətəndaşları hansı cəza gözləyir? - DİN-dən AÇIQLAMA
Karantin cərimələrinin ödənilməsi ilə bağlı xüsusi mexanizm tətbiq olunmayıb.
Bu sözləri BAKU.WS-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev bildirib. Onun sözlərinə görə, digər cərimələrin ödənilməsi mexanizmi qanunla nə cür tənzimlənirsə, karantin cərimələrində də proses eynidir:
“Misal üçün deyim ki, hər hansısa sənəd dəyişilən zaman vətəndaşın borcu olanda prosesi yerinə yetirə bilmir. Vətəndaşın dövlət borcu (eləcə də karantin qaydaları ilə əlaqədar cərimə) olanda məsələ məhkəməyə gedilərsə, həmin şəxs “ölkədən çıxışa qadağa" statusu qazanır.
Briliant Dadaşovanın oğlunun 3000 manatdan çox karantin cəriməsinin olduğunu xatırladaraq ölkədən çıxmaq məsələsini bir daha gündəmə gətirdik. Nurlan Əliyev sözügedən məsələ ilə bağlı bildirdi ki, mövzudan xəbərdar deyil. Ancaq, dövlət qarşısında borcu olan vətəndaş hansısa quruma müraciət etdikdə həmin qurumun hüququ varki vətəndaşa ölkədən çıxmaq üçün qadağa tətbiqini qoysun.
“Artıq burada məsələ təkcə Daxili İşlər Nazirliyini yox, digər aidiyyatı qurumların da əlaqələndirir. Cərimə ödəməyən vətəndaşlara müxtəlif məhdudiyyətlərin tətbiq edilməsi prosesi bəzi hallarda uzun çəkən məhkəmə işinin nəticəsi olur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay