Səhiyyə
13.07.2022 / 12:23
Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınıb? (RƏSMİ)
22966
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb.
Səhiyyə Nazirliyindən Valyuta.az-a bildirilib ki, hazırda ölkədə vəziyyət sabitdir, epidemioloji vəziyyət izlənilir.
Qeyd olunub ki, yoluxma faktı qeydə alınmadığı üçün sözügedən xəstəliyin diaqnostik testlərindən istifadə edilməyib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın müraciətinə cavab olaraq 3 000 diaqnostik testi ölkəyə gətirərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay