TƏBİB koronavirusla bağlı əhaliyə müraciət etdi
Dünyada indiyədək 6.37 milyon insan COVID-19-dan ölüb. Azərbaycanda isə bu rəqəm 9 719-dur.
Valyuta.az xəbər verir ki, son günlər koronavirusa yoluxma saylarında artımları nəzərə alan TƏBİB yenidən əhaliyə müraciət edib
Müraciətdə deyilir:
"Koronavirusa yoluxma saylarında artımları nəzərə alaraq, əhalini bir daha diqqətli olmağa çağırırıq - Sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun;
Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını dərhal bağlı zibil qutusuna atın;
Başqaları ilə aranızda ən az 1 metr məsafə saxlayın;
Telefonlar, qapı dəstəkləri kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin və dezinfeksiya edin;
Qapalı məkanları tez-tez havalandırın;
Kütləvi toplaşma hallarından yayının, bunun mümkün olmadığı zaman maskadan istifadə edin;
İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici ("buster”) doza ilə peyvəndlənin".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay