Yoluxma statistikası açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 793 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 576 nəfər müalicə olunaraq sağalıb, hazırda 310 aktiv xəstə var. Bu günə qədər 9 719 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1870, bu günə qədər isə ümumilikdə 6 981 903 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 1576 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 386, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 162, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 875, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 153 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 780 077, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 359 089, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 179, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 315 473, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 336 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay