Son sutkada 16 nəfər koronavirusa yoluxub, ölən olmayıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 919 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 115 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 89 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 826, bu günə qədər isə ümumilikdə 6 929 541 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 1846 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, üç və daha çox doza vaksin vurduranların sayı 1160, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 114 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 748 460, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 351 545, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 851 520, üç və daha çox doza vaksin vurduranların sayı 3 297 664, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 731 təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay