Son sutkanın yoluxma statistikası
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 832 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 063 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib. 55 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 706, bu günə qədər isə ümumilikdə 6 914 600 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 1772 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 245, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 149, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1234, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 144 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 737 949, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 349 904, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 850 340, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 290 717, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 988 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay