Ötən sutkanın yoluxma statistikası
Azərbaycanda bu gün koronavirus infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada COVID-19-dan vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 007 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.
Ölkədə son sutka ərzində 2 192, hazırkı dövrədək isə 6 894 477 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 2162 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1494, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 188 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 723 446, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 347 805, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 848 875, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 280 934, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 245 832 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay