TƏBİB: Meymunçiçəyi daha çox gəmiricilərdən, primatlardan yoluxur
“Meymunçiçəyi təkcə meymunlardan yoluxmur. Meymunlar çox az faiz təşkil edir. Bu xəstəlik daha çox gəmiricilərdən, primatlardan yoluxur”.
HİT.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
O bildirib ki, daha çox endemik bölgə Qərbi və Mərkəzi Afrika ölkələridir: “Son günlər bu xəstəliyin diqqət çəkməsi artıq digər qitələrdə də bu xəstəliyə yoluxma halının aşkarlanması ilə bağlıdır. Lakin indiyə qədər yoluxma halları Afrika ölkələrindən gələn insanlardan yoluxma halı ilə bağlı olub. Amma indi meymunçiçəyinə tamamilə sərbəst şəkildə yoluxma halları qeydə alınır”.
Nəzrin Mustafayeva qeyd edib ki, insanların da bu xəstəliyi bir-birinə yoluxdurması mümkündür: “Digər tərəfdən, xəstə insanda olan səpkilərə təmas vasitəsilə də bu xəstəliyə yoluxma qeydə alına bilər”.
Nəzrin Mustafayeva qeyd edib ki, meymunçiçəyi xəstəliyində bəzi hallarda xüsusi qrup şəxslərdə ağırlaşma və ölüm halları baş verə bilər:
"Dəri səthində olan infeksiyalara başqa infeksiyalar yoluxsa, bu baş verə bilər. Şəxslərdə ölüm hallarının ehtimalı və göstəriciləri kifayət qədər azdır. Meymunçiçəyinin 2 tipi mövcuddur - Qərbi və Mərkəzi Afrika meymunçiçəyi. Hazırda Avropada və Amerikada yayılmış olan alt tipin ölüm faizi heç bir faiz deyil. Digər alttipin ölüm halları isə 6-11 % ola bilər".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay