Səhiyyə
27.05.2022 / 17:52
TƏBİB: "Meymunçiçəyi koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil"
22137
Meymunçiçəyi virusu koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil.
Valyuta.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
O qeyd ki, virusun yoluxdurucu olması üçün şərtlər var:
“Səpkilərlə yanaşı, limfa düyünlərinin şişməsi baş verir ki, bu da xarakterikdir. Bu zaman da insanlar özlərini izolyasiya etməyə çalışırlar. Bu da virusun pandemiyaya çevirilməməsinin qarşısını alır. Onun yoluxdurması üçün sıx və çox yaxın təmas olmalıdır. Dəri səthində olan yaralarla təmas olmalıdır ki, yoluxma olsun”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay