Səhiyyə
27.05.2022 / 13:35
Orqan transplantasiyası ilə bağlı cərimələr - MƏBLƏĞ
22126
Şəxsin ölümündən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsinin olmamasına dair məlumatların yayılmasına görə cərimələr artırılır.
Valyuta.az-ın oxu.az-a istinadla məlumatına əsasən, bununla bağlı Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Bunun üçün vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslər 4000 manat məbləğində cərimə edilməsi təklif olunur.
Dəyişikliklə canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olam xəstəlikləri barədə məlumat verilməməsinə görə 500 manatadək məbləğdə cərimə ediləcək.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay