Son sutkanın yoluxma statistikası
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 969 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 53 nəfərdir.
Ölkədə son sutka ərzində 3 290, hazırkı dövrədək isə 6 880 431 test aparılıb.
Ötən sutka koronavirus əleyhinə 2 974 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 275, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 131, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 223 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 712 980, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 346 518, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 988, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 273 494, pozitiv nəticədən sonra buster doza olunanların sayı 244 980 təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay