BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Azərbaycanda maska tələbi və digər pandemiya məhdudiyyətləri ləğv olunsa da, quru sərhədlərinin açılması ləngiyir. Qonşu Rusiya, Gürcüstan, Türkiyə pandemiyadan sonra quru sərhədlərini açaraq, insanların ölkə xaricinə çıxışını asanlaşdırıb. Lakin bizdə epidemioloji vəziyyətin yaxşılaşmasına baxmayaraq, sərhəd qadağası nədənsə hələ də qalır.

Bu durum xaricə getmək istəyən və ölkəmizə qayıtmağa çalışan soydaşlarımıza problem yaradır, eyni zamanda turistik səfərləri əngəlləyir. Qarşıdan yay fəslinin gəldiyini nəzərə alsaq, turizmin yenidən dirçəldilməsi üçün quru sərhədlərinin açılması qaçılmazdır.

Bəs hökumət bununla bağlı hansı addımları atacaq? Sərhədlər açılacaqmı?

Bununla bağlı Modern.az-a danışan Milli Məclisini deputatı Vüqar Bayramov quru sərhədlərin açılmasının ən çox müzakirə olunan mövzulardan birinə çevrildiyini deyib.

“Bir müddət öncə quru sərhədlərin açılmasını təklif etmişdik. Xüsusən turizm mövsümünün başlanıldığını nəzərə alsaq, quru sərhədlərin açılması istiqamətində addımların atılması məqsədəuyğun olardı. Mərhələli şəkildə quru sərhədlərin açılmasını təklif edirik. Təklif etsək belə bu haqda qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir. Epidemoloji vəziyyət nəzarət altındadır, yoluxma sayı kifayət qədər azdır. Praktiki olaraq əksər mühüm qadağalar ləğv edilib. Asya ölkələri və Çində yenidən qapanma ilə bağlı qərarlar verilir, ancaq regionda vəziyyət stabil olaraq qalır. Hesab edirəm ki, quru sərhədlərin açılması qərarı Azərbaycan və regiondakı epidemoloji vəziyyət nəzərə alınaraq veriləcək”, - parlamentari vurğulayıb.

Deputat Fazil Mustafa da quru sərhədlərin tezliklə açılmasının vacib olduğunu söyləyib. Onun sözlərinə görə, ölkədə pandemiya ilə bağlı vəziyyət qaydasındadır, belə halda sərhədləri açmaq olar:

“Beynəlxalq situasiya elədir ki, epidemiya təhlükəsizliyilə bağlı da problemlər var. Nəzarətli formada sərhədləri açmaq olar. Azərbaycan vətəndaşlarının ölkəyə gəlişini təmin edən mexanizm olmalıdır. Bu məsələ ciddi şəkildə və dəqiq nəzarət altında həyata keçirilməlidir. Sərhədlərin nə vaxt açılacağı ilə bağlı isə dəqiq bir tarix söyləmək olmaz. O tarixi Nazirlər Kabineti açıqlayacaq”.

Qeyd edək ki, Azərbaycan koronavirusla əlaqədar 2020-ci ilin mart ayında quru sərhədlərini bağlayıb.

Son xəbərlər

TƏBİB: Meymunçiçəyi daha çox gəmiricilərdən, primatlardan yoluxur

İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)

Bakı-Sumqayıt qatarları qeyri-iş günlərində belə işləyəcək

TƏBİB: "Meymunçiçəyi koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil"

Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min manatı kim alıb?

Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min manatı kim alıb?

Bayramda metronun "Bakmil" stansiyası iş günləri qrafiki üzrə çalışacaq

Son sutkada koronavirusa yoluxanların sayı açıqandı

Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını ediblər (YENİLƏNİB)

Şantaja SON: İnternetdə problemli fotolarınız varsa, nə etməlisiniz? - AÇIQLAMA

Rəşad Nəbiyevin yeni müavinlərinin cavabdeh olacağı sahələr müəyyənləşdi

Nazir: “Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları artıb”

Rövşən Rüstəmov: "Yeni peykin yaradılması ilə bağlı bu il ərzində qərar veriləcək"

Zəngəzur dəhlizinin Azərbaycan hissəsindən yeni görüntülər (VİDEO)

Zəngəzur dəhlizinin Azərbaycan hissəsindən yeni görüntülər (VİDEO)

Vilyam Hacıyev: "Otağımda aşkarlanan 6 milyon manat arvadımın babasından miras qalmışdı"

Daşınmaz əmlaka görə ödənilən ƏDV necə geri qaytarılacaq?

Orqan transplantasiyası ilə bağlı cərimələr - MƏBLƏĞ

Azərbaycanda fərdi uçot elektron qaydada aparılacaq

Sabah Azərbaycanda 29 dərəcə isti olacaq

Yeni cərimə müəyyənləşir - 5 min manata qədər

Ucarda avtovağzalı ləğv edib, yerində obyekt açırlar (FOTOLAR)

Ucarda avtovağzalı ləğv edib, yerində obyekt açırlar (FOTOLAR)

Bütün xəbərlər