Son sutkada cəmi bir yoluxma
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 579 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 786 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 84 nəfərdir.
Ölkədə son sutka ərzində 1 663, hazırkı dövrədək isə 6 819 005 test aparılıb.
Ötən sutkada koronavirus (COVID-19) əleyhinə 1 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı0, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 0 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 653 670, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 336, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 840 600, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 232 352, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 382 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay