Səhiyyə
02.05.2022 / 13:19
Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum oldu (SİYAHI)
21606
Azərbaycanda iyunun 1-dən tibb sahəsində hansı ixtisaslar üzrə maaşların artırılacağı məlum olub.
Valyuta.az xəbər verir ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur. Bu da 8 minə yaxın həkimə şamil olunacaq. Maaş artımı üzrə illik əlavə maliyyə xərci təqribən 100 milyon manat təşkil edir.
Belə ki, 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım iki dəfəyədək təşkil edəcək.
14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90% arası dəyişəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay