BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
21507

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyə qədər 113 milyon 816 min 519 manat vəsait yığılıb. Fonda son ianə keçən ilin may ayının 6-da olub. Yəni bir ildir ki, fonda hər-hansı ianə daxil olmur.

2020-ci ilin 24 martında yaradılan fonda yığılan vəsait hələ xərclənməyib. Xərclənsə belə, fondun rəsmi saytında bu barədə məlumat verilməyib.

Fondun məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Son bir neçə aydır ki, ölkənin epidemioloji durumunda sabitlik müşahidə olunur.

Virusla mübarizə tədbirləri və lazımi maliyyə dəstəyi, demək olar ki, səngiyib. Xarici ölkələrdən vaksin gətirilməsi dayanıb. Xəstəxanalarda ağır durumda olan xəstələrin sayı kəskin azalıb. Bir sözlə, sözügedən fondun fəaliyyətinə zərurət qalmayıb.

Bəs ictimai qurumun aqibəti necə olacaq? Belə fəaliyyətlərin hüquqi proseduru necə həyata keçirilir?

Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya danışıb.

Onun sözlərinə görə, istənilən ictimai qurum və bu tipli fondlar məqsədinə nail olubsa, sonradan onların fəaliyyətinə zərurət qalmır:

“Adından da görünür ki, həmin fond koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb. Əgər məqsədinə nail olubsa, fond öz fəaliyyətinə xitam verməlidir. Sadəcə, ola bilsin ki, məqsədin bir hissəsi dəyişdirilsin. Tutaq ki, nəzəriyyə olaraq xarici ölkələrdə hansısa mübarizəyə dəstək vermək üçün fəaliyyət göstərə bilər. Amma təbii ki, həmin fond ölkə daxilində fəaliyyət göstərmək üçün yaradılıb”.

Vəkil qeyd edib ki, fond öz fəaliyyətinə xitam verəcəksə və büdcəsində xərclənməmiş pul qalacaqsa, o, hansısa ciddi müəssisəyə çevrilə bilər:

“Ya da koronavirusdan əziyyət çəkmiş, vəfat etmiş və ya zərər görmüş şəxslərin ailələri arasında yardım məqsədilə bölünə bilər. Yəqin ki, artıq fondun fəaliyyətinə ehtiyac qalmayacaq. Yaradılmış fond ictimai qurum olduğu üçün onun fəaliyyətinin dayandırılması üçün fərman və qanunun yaradılmasına gərək yoxdur.

Yəni ictimai qurumun yaradılması və ləğv olunmasında hər-hansı hüquqi problem yoxdur. Fondlar adətən müstəqil və özünün müşahidə şurası olur. Ləğvetmə qərarını da elə özləri verməlidirlər”.

Xatırladaq ki, 2020-ci il martın 19-da ölkə başçısı İlham Əliyevin sərəncamı ilə ölkədə əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 20 milyon manat vəsait ayrılıb.

Fondun fəaliyyətinin şəffaf olması məqsədilə elə həmin il aprelin 11-də İctimai Nəzarət Şurası yaradılıb. Ümumilikdə səkkiz xərc istiqaməti müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin