Səhiyyə
07.04.2022 / 12:56
Xəstəxanada neçə koronavirus xəstəsi müalicə olunur? - TƏBİB rəhbəri açıqladı
21079
"Hazırda xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayı azdır. Bu da reanimasiyada yatan xəstələrin sayına da təsir edir".
Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, aktiv koronaviruslu xəstələrdən 50 nəfərinin müalicəsi hazırda xəstəxana şəraitində davam edir: "Onların vəziyyəti stabilləşməyə doğru gedir və qısa müddətdə onlar evə buraxılacaqlar".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay