BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
21064

Hazırda bir çox ölkələrdə yoluxma sayı azaldığı üçün karantin qaydaları yumşaldılıb, maska tələbi ləğv edilib.

Azərbaycanda pandemiya ilə bağlı bir çox qadağalar aradan qaldırılsa da, maska və COVID pasportu ilə bağlı tələblər qüvvədədir. Epidemioloji göstəricilər nəzərə alınaraq ölkəmizdə də maska tələbi ləğv oluna bilər?

Məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, COVID-19 xəstəliyinin yayılmasının qarşısını almaq istiqamətində tətbiq olunan karantin qaydaları bir sıra ölkələrdə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq yumşaldılsa da, unutmayaq ki, virus hələ də bizimlədir.

“Maskadan istifadə və digər məhdudiyyətlərlə bağlı qərarlar epidemioloji vəziyyət nəzərə alınaraq verilir. Maska taxmaq xüsusilə qapalı yerlərdə virusa yoluxmanın qarşısını almaq üçün vacibdir.

Bu səbəbdən hələ də bir çox ölkələrdə ictimai nəqliyyat kimi əhalinin sıx toplaşdığı yerlərdə maskadan istifadə qərarı qüvvədədir. Azərbaycanda maskadan istifadə ilə bağlı hər hansı qərarın qəbulu qarşıdakı müddətdə yoluxma hallarının sayından asılı olaraq veriləcək”, – deyə qeyd olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın aprelin 5-nə olan məlumatına görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər sağalıb, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək isə ümumilikdə 792 103 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 084 nəfər müalicə olunaraq sağalıb, 9 700 nəfər vəfat edib, aktiv xəstə sayı 319 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin