Səhiyyə
05.04.2022 / 16:44
Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
21048
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 084 nəfər müalicə olunaraq sağalıb, 9 700 nəfər vəfat edib. 319 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 867, bu günə qədər isə ümumilikdə 6 721 330 test icra olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay