Azərbaycanda sutka ərzində koronavirusa cəmi 6 nəfər yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 792 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 040 nəfər müalicə olunaraq sağalıb, 9 698 nəfər vəfat edib. 329 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 106, bu günə qədər isə ümumilikdə 6 716 463 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 3 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, üç və daha çox doza vaksin vurduranların sayı 1, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 0 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 491 580, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 327 175, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 827 903, üç və daha çox doza vaksin vurduranların sayı 3 106 036, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 230 466 təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay