Yoluxma statistikası açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 583 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 303 nəfər müalicə olunaraq sağalıb, 9 670 nəfər vəfat edib. 610 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 695, bu günə qədər isə ümumilikdə 6 673 982 test icra olunub.
Ötən sutkada koronavirus əleyhinə 6999 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 781 üç və daha çox doza vaksin vurduranların sayı 5542, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 343 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 375 580, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 319 726, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 815 285, üç və daha çox doza vaksin vurduranların sayı 3 015 906, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 224 663 təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay