BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
20579

Ukraynada müharibənin başlaması Rusiyaya qarşı sərt beynəlxalq sanksiyaların tətbiqinə səbəb oldu. Nəticədə Rusiyanın əczaçılıq şirkətlərinin xammal qıtlığı ilə üzləşəcəyi irəli sürülür. Hərçənd bu sahəyə qarşı birbaşa sanksiyalar tətbiq olunmasa da, logistika zəncirlərinin pozulması artıq müəyyən fəsadlar doğurmağa başlayıb. Belə ki, Avropadan lazımi inqedientlərin tədarükü dayandırılıb, Çin və Hindistandan olan tədarük zəncirləri də problemlərlə üzləşir. Belə bir vəziyyətdə Rusiya əlində olan ehtiyatlarını daxili ehtiyacına yönəltmək məcburiyyətindədir.

Belə olan halda Rusiyaya qarşı sanksiyalar nəticəsində yaranmış vəziyyətin Azərbaycandakı dərman bazarına təsiri necə olacaq? Qiymət artımı, yaxud dərman qıtlığı gözlənilirmi?

İqtisadi ekspert Xalid Kərimli “Report”un sorğusuna cavab olaraq bildirib ki, Rusiyanın hava məkanı 36 ölkənin üzünə bağlandığı üçün ciddi qiymət artımı baş verə bilər: “Əczaçılıq şirkətləri birgə işləyir. Ayrı-ayrı dərman üçün istifadə olunan maddələr müxtəlif ölkələrdə hazırlanır. İndi də bunların daşınma yolları dəyişdiyi üçün çətinlik yaranır”.

Ekspertin fikrincə, Avropa ölkələrindən Rusiyaya əczaçılıq məhsullarının ixracatına qoyulan məhdudiyyətlər üzündən dərmanlar bahalaşacaq. Digər tərəfdən müharibə getdiyi Ukraynanda da iqtisadiyyat dərin durğunluğa düçar olub: “Ukrayna dünya əczaçılıq sənayesində elə də mühüm yer tutmur”.

Onun sözlərinə görə, Azərbaycan dava-dərman idxalı üçün alternativ variantlar axtarmalı olacaq: "Yəni əvvəllər Rusiyadan tədarük edilən dərmanlar Avropa ölkələrindən idxal olunacaq ki, bu da qiymətlərdə artım deməkdir: Bahalaşmanı bir neçə ay ərzində hiss edəcəyik. Unutmayaq ki, ölkəmizin ümumi idxalatının 4,3 faizi dərman və tibbi ləvazimatın payına düşür. Bunların məbləği 450 milyon dollara yaxındır”.

Tibb üzrə ekspert Rasif Bağırov da “Report”a bildirib ki, dava-dərman idxalında Rusiya məhsullarının payı 10 faizdən çox deyil: “Ölkəmizdəki həkimlərin böyük əksəriyyəti Rusiya dərmanlarına etimad göstərmir, çünki bunların keyfiyyəti Avropa dərmanlarına nisbətən çox aşağıdır. Azərbaycana idxal dərmanlarının çoxu Türkiyə və Avropa ölkələrindən, müəyyən qismi Hindistan və Latın Amerikası ölkələrindən gətirilir. Ona görə də Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar Azərbaycan dərman bazarına mənfi təsir göstərməyəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin