18.02.2022 / 21:48
Azərbaycana ötən il 700 mln. manatlıq dərman gətirilib
19937
Ötən il Azərbaycan xaricdən 408,633 mln. ABŞ dolları (694,677 mln. manat) dəyərində 21 565,76 ton müxtəlif dərman vasitələri idxal edib.
APA-nın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2020-ci il ilə müqayisədə həcm ifadəsində 1,7% az olsa da, dəyər ifadəsində 24,9% çoxdur.
Hesabat dövründə ən çox dərman Türkiyədən gətirlilib. Belə ki, Azərbaycan Türkiyidən 77,876 mln. dollarlıq (132,389 mln. manat) 2 815,85 ton dərman vasitələri idxal edib ki, bu da illik müqayisədə həcm ifadəsində 3,9% az olsa da, dəyər ifadəsində 30,9% çoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay