BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
19799

Azərbaycandan xaricə gedən turist qayıdarkən ölkəyə giriş etmək üçün PCR testi verməlidir. Testin cavabı neqativ olarsa, Azərbaycana gəlməyə icazə verilir.

Bəs cavab pozitiv olduqda, nə baş verir?

Ölkədəki turizm şirkətlərindən birinin rəhbəri Rəşad Bağırov "Report"a bildirib ki, testin cavabı pozitiv olduqda turist olduğu ölkədə karantinə alınır:

"Karantin şərtləri ilə bağlı hər ölkənin öz qanunu var. Elə ölkə var karantin müddəti 14 gün, elə ölkə var ki, 7 gündür. Bəzi ölkələr testinin nəticəsi pozitiv çıxan şəxsin karantində müalicə xərclərini qarşılayır, bəzilərində isə turist öz hesabına karantində qalır. Vətəndaş səyahət sığortası aldığı şirkətdən də ödənişini tələb edə bilir. Sığorta məbləği adətən 1 500 avro olur. Müalicə xərci 1 500 avrodan çox etdikdə xəstə qalan məbləği özü ödəyir. Burda da ölkədən ölkəyə qaydalar dəyişir. Elə ölkə var ki, səyahət sığortasını 30 min avro məbləğində tələb edir. Bizdə demək olar bütün sığorta şirkətləri səyahət sığortasını limitli COVID-19 təminatı ilə verə bilir. Belə səyahət sığortalarını isə xarici ölkələrin səfirlikləri qəbul etmir”.

R.Bağırovun sözlərinə görə, xaricdə olanların çoxu Azərbaycana qayıdarkən xəstəxanalarda PCR test verdiyi üçün testin nəticəsi pozitiv çıxanda da elə həmin xəstəxanada karantinə alınaraq təcrid olunur: "Amma ölkələrin çoxu belə şəxslərə bizdə olduğu ev karantini tətbiq edir. Əvvəllər xaricdə PCR testi pozitiv çıxan şəxs dərhal həmin ölkədə xüsusi yaradılmış yerlərdə karantinə alınırdı. İndi isə ölkələrin çoxu belə olduqda ev şəraitində karantin rejimi tətbiq edirlər. Bu qaydalar da ölkəyə görə dəyişir”.

Turizm üzrə ekspert Rəhman Quliyev isə Avropa ölkələrinin Azərbaycana məxsus heç bir sığorta şirkətinin verdiyi səyahət sığortasını tanımadığını qeyd edib:

“Bizim sığorta şirkətlərinin verdiyi COVID-19 təminatlı səyahət sığortasını bəzi xarici ölkələr tanımır. Avropa ölkələri isə bizim şirkətlərin yazdığı sığortanı ümumiyyətlə qəbul etmir. Məsələn, Azərbaycandan gedən şəxs Rusiyanın istənilən şəhərində xəstələnsə, sığorta şirkətlərinin verdiyi limitli COVID-19 təminatı 1500 avro dəyərində müalicəni alır. Xərc artıq çıxanda isə bunu xəstənin özü qarşılayır. Avropa ölkələrində isə vəziyyət fərqlidir. Sözün düzü, indiki şəraitdə hər gün bir qərar çıxır. Ona görə də vəziyyəti dəqiq bilmək olmur. Bu gün mövcud olan qərara görə, Avropa ölkələri Azərbaycanın şirkətlərinin yazdığı səyahət sığortalarını tanımır. Bir ay öncə Macarıstana turist yola salırdıq. Macarıstan səfirliyində bizim şirkətlərin yazdığı səyahət sığortası qəbul edilmədi. Dedilər ki, müəyyən link var ora daxil olub, Avropadakı sığorta təşkilatından səyahət sığortası almaq lazımdır”.

R.Quliyev bəzi ölkələrə giriş üçün COVID-19 təminatlı səyahət sığortasının tələb olunmadığını deyib:

“Türkiyə, BƏƏ və digər müxtəlif Asiya ölkələrinə giriş üçün səyahət sığortası lazım deyil. Həmin ölkədə PCR testin nəticəsi pozitv çıxırsa, turist özü özünü təcrid eləyir. Bunun üçün qaldığı oteldə karantində olur və ya həmin ölkədəki xəstəxanaya müraciət edir, karantin müddəti bitənə qədər müalicə prosesi gedir, sonra yenidən analiz verir, testin cavabı neqativ çıxarsa ölkəyə qayıda bilir. Avropa ölkələrinə isə getmədən öncə səfirlikdə viza rəsmiləşdirilməsi zamanı səyahət sığortası tələb olunur. Həmin sığortada COVID-19 təminatının olması qeyd olunmalıdır”.

Ekspertin sözlərinə görə, PCR testin nəticəsi pozitiv çıxdığına görə, turistin ölkəyə qayıdış bileti təxirə salınarsa, bəzi hallarda biletlərin ödənişi geri qaytarılır:

“1-2 ay bundan öncəyə qədər aviaşirkətlər PCR testin nəticəsi pozitiv çıxdıqda biletləri cərimə tətbiq etmədən geri qaytarırdı. İndi isə yeni qaydalar tətbiq olunur. Bəzi şirkətlər ucuşun vaxtını cəriməsiz dəyişir, amma bileti qaytarmır, bəziləri həm vaxtı dəyişir, həm də bileti qaytarır, bəziləri isə uçuş vaxtını dəyişmir, yalnız bileti qaytarırlar. Testin cavabı pozitiv çıxanda sizin adınız həmin ölkədə elektron portala düşür və sizin karantində olmağınıza dövlət tərəfindən nəzarət edilir”.

Qeyd edək ki, “Report”un müraciəti əsasında Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) sığorta şirkətləri arasında pandemiya ilə əlaqədar hansı formada səyahət sığortası təklif etmələri barədə sorğu keçirib. Sorğunun nəticələrinə əsasən ASA-dan bildirilib ki, ölkədə fəaliyyət göstərən və sorğuda iştirak etmiş şirkətlərdən çox az sayda şirkət “Xaricə səfər edən vətəndaşların sığortası” növü üzrə COVID-19 virusu səbəbindən yaranacaq tibbi xərclərə təminat verir:

“Bu təminatın həcmi də sığorta şirkətinə görə dəyişir və əksəriyyətində müvafiq sığorta növü üzrə seçilmiş sığorta məbləğinin müəyyən bir həddi çərçivəsində limitli olaraq təklif olunur.

Belə ki, ölkədə fəaliyyət göstərən sığorta şirkətlərindən biri “Xaricə səfər edən vətəndaşların sığortası” növü üzrə COVID-19 virusu səbəbindən yaranacaq tibbi xərclərə seçilmiş sığorta məbləğinin 5 %-i həddində, digər sığorta şirkəti seçilmiş sığorta məbləğinin 2 000 ABŞ dolları/avrosu həcmində, başqa bir sığorta şirkəti isə seçilmiş sığorta məbləğinin 1 500 avrosu həcmində limitli təminat təklif edir.

ASA-dan verilən məlumata görə, ölkədə fəaliyyət göstərən yalnız 1 sığorta şirkəti “Xaricə səfər edən vətəndaşların sığortası” növü üzrə COVID-19 virusu səbəbindən yaranacaq tibbi xərclərə limitsiz olaraq 100 % təminat verir:

“Sığorta şirkətlərindən biri isə xarici ölkələrə səfər edən vətəndaşların “COVID-19 virusuna yoluxma zamanı tibbi xərclərin ödənilməsi xidməti”nin “Səyahət sığortası” müqaviləsinə daxil edilməsi məqsədi ilə əməkdaşlıq etdiyi bir xarici sığorta şirkəti ilə hazırda danışıqlar aparır və yaxın zamanda bu xidmətin şirkətin “Səyahət sığortası” paketinə daxil edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Xaricə səfər edən vətəndaşların sığortası” növü könüllü sığorta sinifinə daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin